Təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz ev var. Dövlət Reyestrindən çıxarışı olmayan həmin evlər bir qayda olaraq bankda girov predmeti ola bilmir. Eyni zamanda, bu evlərin alqı-satqısını da aparmaq çox çətin olur.
Bəs, bu cür evlər icbari və könüllü sığorta predmeti ola bilərmi?
Suala Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov
aydınlıq gətirib.
MÖVZU İLƏ BAĞLI:
Əmlak sığortası üzrə ÖDƏNİŞLƏRDƏ AZALMA – Sənədsiz evlər çoxdur, ya CƏRİMƏ YOXDUR?
O, Bizim.Media-ya açıqlanmasında bildirib ki, Azərbaycanda hal-hazırda daşınmaz əmlakın icbari və yaxud könüllü sığortası Dövlət Reyestrindən çıxarışa əsasən həyata keçirilir:
“Amma sığorta şirkəti tikiliyə aid olan digər sənədlərə əsasən də əmlakı sığortalaya bilər. Məsələn, tikinti sahibinə daha əvvəl təqdim olunmuş qeydiyyat sənədi də əsas sayıla bilər.
Bundan başqa, istər yaşayış, istərsə də kommersiya təyinatlı daşınmaz əmlakın sığortalanması üçün alqı-satqı müqaviləsi, maliyyə arayışı və hətta etibarnamə də əsas ola bilər. Ümumiyyətlə, tikiliyə aid hər hansı bir sənəd əsas verir ki, sığorta şirkəti istənilən daşınmaz əmlakı sığortalasın”.
Surxay Atakişiyev, Bizim.Media