Qədimliyi və müasirliyi özündə birləşdirən İçərişəhərdə bu dəfə rəsm və incəsənət vurğunları bir araya toplaşıb.
Onları birləşdirən isə gənc rəssam Samirə Allahverdiyevanın “Zamanın salnaməsi” adlı fərdi rəsm sərgisi idi.
Sərgidə nümayiş olunan rəsm əsərlərinin hər biri yağlı boyalarla, parlaq rənglərlə boyanıb.
Rəsm əsərlərini maraqla izləyən qonaqlar gənc rəssamın istedadından söz açaraq Samirə Allahverdiyevanın yaradıcılığını yüksək qiymətləndiriblər.
Sərgidə müxtəlif üsullar və boyalarla işlənmiş 25-dən çox əsər nümayiş olunur. Sərgi yanvar ayının 31-dək davam edəcək.
Qeyd edəki ki, Samirə Allahverdiyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, Gənc rəssamlar İttifaqının üzvüdür. O, Azərbaycanda, Türkiyədə, Almaniyada, Gürcüstanda keçirilən bir neçə rəsm sərgisində fəxri diplomla təltif olunub. Rəssamın bir çox əsərləri işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Xankəndidəki yeni inşa olunan hotellərin bəzəyinə çevrilib.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 24.01.2025
Samirə Allahverdiyevanın "Zamanın salnaməsi" sərgisindən VİDEOREPORTAJ
Hazırda oxunan: Samirə Allahverdiyevanın "Zamanın salnaməsi" sərgisindən VİDEOREPORTAJ
Hazırda oxunan: Samirə Allahverdiyevanın "Zamanın salnaməsi" sərgisindən VİDEOREPORTAJ
231518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.