AMEA-da “islahatlar” – Layihələrə ayrılan pullar hara gedir?

Hazırda oxunan: AMEA-da “islahatlar” – Layihələrə ayrılan pullar hara gedir?

23150

Milli Elmlər Akademiyasının bir çox əməkdaşları Ramiz Mehdiyev AMEA prezidenti təyin olunanda Azərbaycanın elm ocağını yeni islahatlar gözlədiyini bildirmişdilər.

Mətbuatda ara-sıra gedən xəbərlərə görə, Ramiz Mehdiyevin rəhbərliyi dövründə Akademiyada mövcud olan bütün nöqsanların, problemlərin kökündən həll ediləcəyinə gözləntilər var idi. 
Lakin ümidlər suya düşdü. Heç bir ay keçmədi ki, narazılıqlar baş alıb getməyə başladı. Xüsusi ilə də elmin gənc nümayəndələri tezliklə müxtəlif bəyanatlarla çıxış edərək AMEA-da gənc alimlərin sıxışdırılmasından, elmin inkişafi üçün onlara şəraitin yaradılmadığından gileylənməyə başladilar.

Ramiz Mehdiyev sovet ənənəsinə sadiq qalaraq, yenə də “döyüşə qocaları göndərməyə” üstünlük verdi. 

Millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, gənc alimlərəə maneçiliklərin törədilməsinin kökündə əsasən nəsillərin mübarizəsi yer alır:
 

“Azərbaycanda elm sahəsində yaşlı nəsillə cavanlar arasında çox ciddi mübarizə var. Bu mübarizə Azərbaycan elmini məhv edir. Bu mübarizə tədris ocaqlarının demək olar ki, hamısında gedir.


Yaşlı nəsil gənclərin daha təcrübəsiz olduğunu misal gətirərək, onlara min bir bəhanə ilə maneçilik törədirlər. Onların metodlarını, elmi araşdırmalarını bəyənmir. Ümumiyyətlə, gənclərin vəzifə təyinatına o qədər qısqanclıqla yanaşırlar ki, elmi potensiallarının açılması üçün imkanları, resursları onların üzlərinə bağlayırlar. Bax, bütün bunlar çox ciddi nüansdır”. 

Hələ Mehdiyev akdemiyanın prezidenti vəzifəsinə gətirildikdən bir müddət sonra mətbauta açıqlama verərək bir sıra institutların direktorlarının islahatların həyata keçirilməsinə maneçilik törətdiyini bildirib..

Elə deyəsən bu qərarla da akademik Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə kənarlaşdırmağa çalışıb. Lakin Ə.Quliyev qanunsuz işdən kənarlaşdırıldığına görə, məhkəməyə şikayət edib. Məhkəmə isə qərar çıxararaq onu vəzifəsinə yenidən bərpa edib. Bu hadisədən sonra isə Əlövsət Quliyev Ramiz Mehdiyevin uduzduğu adam kimi qələmə verilir. Quliyev özü isə bu barədə Facebook səhifəsində “Qoy hər yerdə ədalət zəfər çalısın” deyə qeyd edib. 

Bu iki yaşlı elm adamının mübarizəsində çanaq yenə də gənc alimlərin başında çatlayır. Akademiyada “bu mənim, bu sənin adamındır” prinsipi hökm sürür. 

Söhbət əsnasında Razi Nurullayev onu da qeyd edib ki, mediada gedən məlumatlara nəzər salsaq görərik ki, AMEA haqqında bir çox tənqidi fikirlər var:
 

“Biz nədənsə indiyə qədər Elmlər Akademiyasından hansısa bir yeni ixtira görmürürk. AMEA-nın heç bir nəşrinin dünyada yayımlandığı haqqında faktlar bizə tanış deyil”.


Deputat hazırda Elmlər Akademiyasının fəaliyyətinə heç bir lüzum olmadığını, onun motivinin dəyişdirilməsinin vacibliiyini vurğulayıb:

“Ümumiyyətlə, Elmlər Akademiyası ancaq post sovet dövlətlərində fəaliyyət göstərir. Məhz bu baxımdan deyilirdi ki, Elmlər Akademiyası mütləq şəkildə bir universitetə çevrilməsi lazımdır. Çünki bu qurumun heç bir elmi tutumu yoxdur. Məncə Akademiyanın motivi dəyişilməlidir”.

Xatırladaq ki, AMEA-da aparılan yoxlamalar nəticəsində bir sıra maliyyə pozuntuları da aşkarlanıb. Mətbuatda gedən informasiyalar görə bu, 10 milyon manatdan çox vəsait olub. Millət vəkili, məhz maliyyə məsələlərində ki, aşkar pozuntularada diqqət yetirərək bu sahədə daha ciddi yoxlamalar aparılmasının zərurətindən də danışıb.

Daha sonra o, Elmin İnkişaf Fondunun hansı fəaliyyət ilə məşğul olduğunu da sual edib:

“Açığı mən şəxsən Elmin İnkişafı Fondunu bir çox layihələrini araşdırdım. Mən çox istərdim ki, bu fond barədə monitorinq aparılsın, görək, bu elmin inkişafı fondunun ayırdığı layihələrin elmi tutumu, cəmiyyətin görə biləcəyi hansı nəticəsi var? Ayrılan pulları nə səbəbdən eyni adamlar alıb? Milyonlar ayrılıb, desinlər görək, bu gün Azərbaycan cəmiyyətin və iqtisadiyyatın inkişafı üçün hansı töhvələri var? Bax, bunları çox ciddi şəkildə araşdırmaq lazımdır, onda bir çox həqiqətlər üzə çıxacaq”.

Xatırladaq ki, Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı - professor Mehdiyeva Qalina Yuryevnanın müdir olduğu Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti olub və oradan fonda rəhbər gətirilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin