Xətai rayonunda anbar və sex YANDI

Hazırda oxunan: Xətai rayonunda anbar və sex YANDI

231435

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 220 m² olan bir dam altında tikilən birmərtəbəli tikilinin (anbar, sex və transformator otağı) sahəsi 110 m² gigiyenik məhsulların süzülməsi sexində 2 ədəd aparat və aparatlara quraşdırılan, həcmi 400 litr və 200 litr çənlərdə olan tibbi spirt yanıb.

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.

Məlumata görə, yüksək temperaturdan 2 ədəd aparatın üzlük hissəsi, sexin lambirdən ibarət tavanı 100 m² sahədə və 1 ədəd kondisioner əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin