Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub. Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.
Bizim.Media xəbər verir ki, İlqar Lətifov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.
O, Vətən Müharibəsi iştirakçısıdır. General-mayor müharibədə göstərdiyi xidmətlərə görə 2021-ci ilin iyununda “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Mirzəyevə yeni müavin TƏYİN OLUNDU - FOTO
İlqar Lətifov 2020-ci ildən etibarən Azərbaycan Ordusunda 4-cü ordu korpusunun komandanı vəzifəsini icra edib.
Bu təyinata qədər isə o, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.
Bizim.Media