Çoxmərtəbəli binalarda yaşayanlara XƏBƏRDARLIQ – Zəlzələ ilə bağlı hər 5 ildən bir...

Hazırda oxunan: Çoxmərtəbəli binalarda yaşayanlara XƏBƏRDARLIQ – Zəlzələ ilə bağlı hər 5 ildən bir...

231370

Azərbaycan seysmik zonada yerləşir. Tarixən də ölkədə dağıdıcı yeraltı təkanlar baş verib.

Dağıdıcı zəlzələlər daha çox fəsad yaratmasın deyə binalar, yollar, körpülər zəlzələyə dayanıqlı şəkildə inşa edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkədə güclü zəlzələ oldu


Azərbaycanda çoxmərtəbəli yaşayış binalarının zəlzələyə dayanıqlılığını yoxlamaq üçün cihazlar yerləşdiriləcək. Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Araşdırmaları Mərkəzi məlumat yayıb.

Bəs bu işlərə nə zaman və ilk olaraq hansı ərazilərdən başlanılacaq?

Universitetin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru professor Azər Qasımzadə Bizim.Media-ya açıqlamasında layihənin tətbiqi üçün işlərə başlanıldığını və yaxın zamanda aidiyyəti qurumlarla görüşlər təşkil olunacağını deyib.

Professor bildirib ki, tikililərin layihələndirməsini və nəzarətini müstəqil qurumlar həyata keçirməlidir:

“Layihələndirilmiş binaların tikintisində layihəyə uyğunluğa nəzarət edən orqanların müstəqil fəaliyyət göstərməsi zəruridir. Bu yanaşma tikinti prosesində keyfiyyətin daha da yüksək səviyyədə qorunmasını təmin edəcək. Eyni zamanda, əlaqəli tikinti normalarının hər beş ildən bir yenilənməsi zəlzələlərdən sonra əldə edilən elmi biliklərin və texnologiyaların tətbiqinə imkan verəcək.”

Direktor zəlzələyə qarşı dayanıqlı tikililər üçün yeni texnologiyanın tətbiq edildiyini qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin