Özbəkistanda həbs olunan Şəmsi Səmədzadədən YENİ XƏBƏR

Hazırda oxunan: Özbəkistanda həbs olunan Şəmsi Səmədzadədən YENİ XƏBƏR

231343

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Bizim.Media “Gununsesi.info”ya istinadən xəbər verir ki, Səmədzadə bir neçə gün həbsdən azad edilib. Şəmsi Səmədzadə açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb.

“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb. Ötən ilin dekabrında isə o, Özbəkistanda həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin