Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi MƏLUM OLDU

Hazırda oxunan: Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi MƏLUM OLDU

231264

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
 

Məlumata görə, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.


İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin