Narkotacirlər sosial şəbəkələrdə aktivləşdi - DİN-dən HƏYƏCAN TƏBİLİ 

Hazırda oxunan: Narkotacirlər sosial şəbəkələrdə aktivləşdi - DİN-dən HƏYƏCAN TƏBİLİ 

23126

Daxili İşlər Nazirliyi (DİN) narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan cinayətkar şəxslərlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi əsasən latent (gizli) cinayətlər kateqoriyasına daxildir. 

Bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən kompleks əməliyyat-axtarış, əməliyyat-profilaktik tədbirlər bütün istiqamətlər üzrə davam etdirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı - VİDEO 


Təəssüf ki, bəzən narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxslər özləri kölgədə qalmaq üçün sadəlövh insanları sosial şəbəkələrdə ələ alaraq cinayətkar niyətlərinə ortaq edirlər. Bu zaman seçilmiş qurban şəxsiyyəti məlum olmayan cinayətkarın “insanpərvərliyinə”, “qayğısına”, verdiyi yalan vədlərə inanaraq istəmədən cinayətin iştirakçısına çevrilməklə, tapşırıqları icra (kuriyerlik) edir, narkotik vasitələri bir ünvandan digər ünvanlara çatdırır.  

Bütün bunları nəzərə alaraq, ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli və məsuliyyətli olmağa, ayırı-ayırı şəxslərin yalan vədlərinə inanmamağa çağırırıq. 

Şəxs cinayət başında tutularkən “bilmədim”, “aldadılmışam”, “mənə köməyi dəyib, düşünməzdik ki, belə edər…”, -deyə əməlinə bəraət qazandırmağa çalışsa belə, bilməlidir ki, bu, onu cinayət məsuliyyətindən azad etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin