Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi AÇILDI

Hazırda oxunan: Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi AÇILDI

231255

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Emin Hüseynin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin edilib.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə baxılacaq.

Məlumata görə, Hüseyn Emin Ramiz oğlu 2022-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib. Sonradan vəzifəsindən azad olunub.

Onunla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Zərərçəkmiş qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin