Yastıqaltı, bank, yoxsa… - Pulumuzu harada saxlamaq daha sərfəlidir?

Hazırda oxunan: Yastıqaltı, bank, yoxsa… - Pulumuzu harada saxlamaq daha sərfəlidir?

231223

Bəli, əvvəllər insanlar pullarına daha çox yastıqlarının altında saxlamaqla qənaət edirdilər. İndi isə vəsaitlərini əsasən banklara qoyurlar. Bank dələduzları bir yandan, ev oğruları bir yandan…Sayı artan dələduz və oğruların əlindən hər iki məsələ təhlükəli hal alıb.

Bəs hazırki dövrdə pullarımızı harada saxlayıb qənaət edək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə ailələrin əksəriyyəti əldə etdikləri gəlirləri aylıq xərclərinə yönəldirlər. Belə halda qənaət etmək çox da mümkün olmur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bank sektoru ilə bağlı MÜSBƏT PROQNOZ - 3 milyarda yaxın...


“Ərzaq, təhsil, nəqliyyat, komunal, bir sözlə bütün xərclər  gəlirlərə qənaət etməyə bir o qədər də imkan vermir. Təbii ki, çox populyar bir yanaşma da ondan ibarətdir ki, insanlar əldə etikləri gəlirlərin bir qismini imkan daxilində “qara gün” üçün yığmağa çalışırlar”.

Müsahibimizin sözlərinə görə insanlar bəzən əldə etdikləri vəsaitin bir qismini daha çox banklarda saxlayırlar:

“Amma, qənaətin özünü necə əldə etmək olar, bu da ciddi sualdır. İnsanlar gəlirlərinə qənaət etmək üçün xərclərini azaltmalıdırlar. Daha doğru desək ehtiyacları olan şeyə pul xərcləməlidirlər. Biz nə qədər çalışsaq da, komunal və ərzaq tələb olunan ehtiyaclar sırasındadır. Düşünürəm ki, qənaətin əsas istiqaməti geyim və məişət əşyalarıdır”.

Psixoloq Aygül Məlikova isə mövzuya psixoloji yöndən yanaşıb. O, deyib ki, bəzən olur ki, biz özümüzü dəyərli hiss etmirik və pul xərcləməklə, özümüzə nələrisə almaqla bu dəyər hissini qazanırıq:

 “Əlbəttə ki, bu psixoloji problemlər sırasındadır. Necə deyərlər pulu xərcləmək qazanmaqdan daha çətindir. Biz düşüncəmizdə dəyəri pul xərcləməklə ölçməməliyik. Cibimizə qənaət edib, ehtiyacımız olan qədər xərcləməliyik”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin