Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat...

Hazırda oxunan: Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat...

231210

2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənova cinayət işi açılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, tanınmış həkim Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib.
 

Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov çoxsaylı vətəndaş barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.


Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Binəqədi Rayon Məhkəməsi bir neçə gün əvvəl cinayət işi üzrə hökm çıxarıb. H.Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. 66 yaşlı elmlər doktoruna 2 il şərti cəza verilib.

Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin