Veyplərin Azərbaycanda qadağan edilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Veyplərin Azərbaycanda qadağan edilməsi ilə bağlı AÇIQLAMA

231206

Rusiyada Veyp satışının tamamilə qadağan edilməsi barədə qanun  Dövlət Dumasında qəbul edilib. Məqsəd Rusiya vətəndaşlarının sağlamlığını qorumaq, həmçinin nikotin tərkibli və nikotinsiz mayelərin və onların çatdırılması üçün cihazların satışına tam qadağa qoymaqdır.

Rusiya Federasiyası hökumətinin qanun layihəsinə yekununda qeyd olunur ki, elektron siqaret satışının tam qadağan edilməsi bu məhsulların qanunsuz dövriyyəsinin artmasına səbəb ola bilər.

Buna qədər bir sıra ölkələrdə elektron siqaretlərin satışına qadağa qoyulub.

Nəzərə alaq ki, ölkəmizdə də bu məhsullardan geniş istifadə olunur. Tək bir faktı deyək ki, il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəmizə idxal olunur.

“Ölkəmizdə də qadağan olunmalıdır”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, elektron siqaretin ölkəyə gətirilməsinə qadağa qoyulmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqların da aludə olduğu BƏLA – Elektron siqaretlərin QORXUNC ZƏRƏRLƏRİ


“Bir sıra ölkələr vətəndaşlarının sağlamlığını nəzərə alıb elektron siqaretlərin idxalını  qadağan edib. Bu siqaretlər dispres aerozol yaradan bir elektron sistemdir. Bu sistem guya ki, zərərsiz maye buxarı yaradır. Əsla, belə deyil! Bu siqaretin rezervuar hissəsi var. Ordakı mayenin tərkibində nikotin, aromatik əlavələr, propilen qlikol, qliserin və digər maddələr var. Bundan əlavə, onun tərkibində digər kimyəvi qatqıların da olması istisna deyil.

Elektron siqaretdə buxar alınması üçün müxtəlif birləşmələr və maddələrdən- nitrozamin, gümüş, civə, kadmium, xrom, nikel və digərlərindən istifadə olunur. Elektron siqaretin tərkibində dörd mindən artıq birləşmələr var ki, onlar insanın tənəfüss yollarını ciddi zədələyir. Hətta koronovirusun ağ ciyərdə törətdiyi zərərdən də ciddi zədələyici təsirlər göstərir. Elektron siqaretdən bir dəfə istifadə edən şəxsin ağ ciyərindəki mikrosirkulyasiyanın bərpa olunması üçün 3-4 ay vaxt lazım olur”.

Hansı xəstəliklərə səbəb olur?

Müsahibimizin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, elektron siqaretlərdə tərkibindəki zərərli maddələrin miqdarı üzərində göstərilənlərdən 10-30 faiz çoxdur:

“Bu da təhlükəli və çox qorxuludur. Bu siqaretlər ağız boşluğunun, tənəffüs yollarının selikli qişasında ciddi xəstəliklər törədir. Elektron siqaretlər hətta xərçəng xəstəliyinin yaranmasına da səbəb ola bilir. Əminliklə deyə bilərəm ki, adi siqaretlər elektron siqaretlərdən daha az təhlükəlidir.

Onun tərkibindəki akreolin maddəsi mutagen təsir göstərir. Hətta xromosom aparatında ciddi dəyişiklik yarada bilir. Məsələn ağ ciyərlərə tənəffüs yolu ilə daxil olan makrofaktlar - 60-dan çox genetik mutasiyaya səbəb olur. Bu da kəskin patoloji proseslərlə, kanserogen xəstəliklər törətməsiylə nəticələnir. Bu dediklərimiz elmi araşdırmalar nəticəsində əldə olunmuş statsitik göstəricilərlə təsdiq olunmuş faktlardır”.

Abbas Bağırov təəssüflə bildirib ki, gənclərlə yanaşı, yeniyetmələrdə də elektron siqaretə böyük maraq var:

“Amma nəzərə alaq ki, bu siqaretlər genetik strukturlara təsir göstərərək isdifadəçilərdə nəsiltörətmə qabiliyyətini pozur. Elektron siqaretin tərkibindəki kimyəvi birləşmələr həm də orqanizmdəki xeyirli maddələri zərərli maddələrə çevirir. Nəticədə insan anotomiyasında zərərli korreksiya baş verir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin