Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması və aidiyəti bankın dərhal addımlar ataraq balansdan oğurlanan məbləğin geri qaytarılması ilə bağlı sualı cavablandırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
AMB sədrinin sözlərinə görə, bir çox hallarda bu dələduzluq halları xaricə gedib çıxır, onu araşdırmaq, analiz etmək vaxt alır:
"Lakin bu dələduzluq ölkə daxilində olub. Ona görə də təcili araşdırılıb və tədbir görülüb”.
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 507 oğurlanıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Oğurlanan vəsait geri qaytarılıb.
Bizim.Media