Orfoqrafiyanı “yaddan çıxaran” obyektlər – Ölkəmizdə dil polisi YARADILIR? – FOTO

Hazırda oxunan: Orfoqrafiyanı “yaddan çıxaran” obyektlər – Ölkəmizdə dil polisi YARADILIR? – FOTO

231182

Azərbaycanda, xüsusilə, paytaxtda bir çox restoran, mağaza və digər ictimai iaşə adları Azərbaycan dilində yazılmır. Yəni kafe, restorana ad seçənlər daha çox ingilis, fransız və digər ölkələrin dillərinə üstünlük verirlər. Bəzən əsas menyu da özgə dildə olur.

Ana dili ilə bağlı digər problem isə küçə və prospektlərdə dil norma və qaydalarına riayət olunmamasıdır. Belə ki, küçələri bəzəyən reklam lövhələrində, həmçinin, ictimai iaşə adlarında orfoqrafik səhvlər çoxdur.

Təqdim etdiyi xidmətin adını belə düzgün yazmayan obyektlər mövcuddur. Avtomobillərə xidmət təklif edən obyektlər gah söz birləşməsini “ehtiyyat hissələri”, gah da bir y ilə “ehtiyat hissələri” olaraq yazırlar. Əlbəttə, bu, sadə bir nümunədir. Belə nümunələr yüzlərlədir.

Məsələyə münasibət bildirən Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Bizim.Media-ya deyib ki, Bakı şəhərində dil qaydalarına əməl edilməsinə nəzarət etməli olan qurumlar var:

“Bəzi ölkələrdə; Latviya, Baltikyanı ölkələrdə dil polisi deyilən sistem var. Onlar cərimələr tətbiq edirlər. Ona görə də hamı qaydalara riayət edir. Bizdə bu yoxdur, ona görə də Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti bunlara nəzarət etməlidirlər. Birbaşa onların funksiyasıdır ki, istənilən bir ictimai iaşə obyektinə ad qoyanda Azərbaycan dilinin normasına əməl eləsinlər. Nə qədər ingilis, rus, fransız dilinin sözlərindən istifadə etmək olar. Bakı şəhərində mağaza, restoran və digər ictimai iaşə obyektərinə nə gəldi ad qoyurlar”.

O hesab edir ki, orfoqrafiya qaydalarına əməl etməmək savadsızlıqdan irəli gəlir:

“O, savadsızlıq əlamətidir. Tövsiyəni bəzən iki y, bəzən bir y ilə yazırlar. Həmçinin, iki qoşa samit gələn digər sözləri. Buna nəzarət olmalıdır. Təəssüf ki, nəzarət yoxdur”.





Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin