Azərbaycanda bu şəxslərə birdəfəlik VƏSAİT VERİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda bu şəxslərə birdəfəlik VƏSAİT VERİLƏCƏK

231167

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək.

Bizim.Media report.az- istinadən xəbər verir ki, bu, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində nəzərdə tutulub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.
 

Qeyd olunub ki, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.


Hazırda qüvvədə olan qanuna görə, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə ortaaylıq əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Yəni qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı ortaaylıq əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi, ortaaylıq əməkhaqqı isə aylar və illər üzrə dəyişir.

Eyni zamanda, mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin