Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
MÖVZU İLƏ BAĞLI:
Göyçayda ZƏHƏRLƏNMƏ - 5 tələbə qız xəstəxanalıq oldu
Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, tələbə qızların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.
Bizim.Media