SON DƏQİQƏ! İmişlidəki qəzada xəsarət alan məktəbli dünyasını dəyişdi

Hazırda oxunan: SON DƏQİQƏ! İmişlidəki qəzada xəsarət alan məktəbli dünyasını dəyişdi

231158

İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, Yeni Klinikaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü


Qeyd olunub ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qızın həkimlərin çoxsaylı səyinə baxmayaraq bu gecə saat 01:45 radələrində ölüb.

Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.

Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin