Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənləri qəbul edib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
İmişlidəki qəzaya görə “Mercedes”i sürən yeniyetmə HƏBS OLUNDU
Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar - görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Vurğulanıb ki, DİN hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirləri diqqət mərkəzində saxlayır.
Görüşdə zərərçəkənləri maraqlandıran suallar da cavablandırılıb.
Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.
Bizim.Media