Qusarda rayon rəhbərliyinin növbəti səyyar qəbulu bu gün Atlixan kəndində olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəbuldan öncə rayonun icra başçısı Qarabağ şəhidi Babək Mirzəbəyovun kənd qəbristanlığındakı məzarını ziyarət edib.
Daha sonra Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov və icra aparatının məsul şəxsləri, idarə və müəssisə rəhbərləri ilə sakinləri dinləyib.
Atlixan kənd sakinləri onları narahat edən kənddaxili yolların təmiri, əkin sahələrinə gedən ara yolların açılması, suvarma suyunun çatışmazlığı, elektrik enerjisinin verilişində problemlər və kənddə tibb məntəqəsinin olmaması kimi məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
İcra başçısı səslənən problemlərlə bağlı aidiyyəti qurumların rəsmilərinə yerindəcə tapşırıq verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.