Sumqayıtda körpə süd əmərkən niyə ölüb? - TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Sumqayıtda körpə süd əmərkən niyə ölüb? - TƏBİB-dən AÇIQLAMA

231072

Xəbər verildiyi kimi Sumqayıt şəhəri sakini, 2024-cü il təvəllüdlü Sevgi Quliyevanın anası süd verərkən halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.01.2025-ci il tarixində saat 01:15 radələrində Sumqayıt şəhərindən 2024-cü il təvəllüdlü uşağın halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda ölümün ilkin səbəbi ilə bağlı araşdırma aparılır.

Ətraflı məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin