Dövlət qurumlarının kağız sənəd tələbi tarixə qovuşur – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Dövlət qurumlarının kağız sənəd tələbi tarixə qovuşur – MÜHÜM AÇIQLAMA

231043

“Elektron Hökumət” portalı artıq neçə illərdir ki, istifadəyə verilib. Bu səbəbdən, bir çox xidmətlər elektron qaydada həyata keçirilir. Bununla belə bəzi qurumlar hələ də vətəndaşlardan kağız daşıyıcılar tələb edir. Bu da haqlı narazılığa səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət qurumları vətəndaşdan kağız sənəd TƏLƏB EDƏ BİLƏRMİ?


Nəzərə alaq ki,Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib.

Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Ekspertlər hesab edir ki, Konsepsiya Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi yolunda əhəmiyyətli bir addım olaraq ölkənin inkişaf prioritetlərinə böyük dəstək verəcək.

Bəs kağız sənəd tələbinə nə zaman son qoyulacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyib ki, son illər elektron xidmətdən istifadə edən qurumların sayında ciddi artımlar var:

“Amma nəzərə alaq ki, bəzi sənədlərin elektronlaşması zaman tələb edir. Çünki bütün məlumatların həm elektronlaşmasına, həm də inteqrasiyasına ehtiyac var. Bütün bunlarla paralel məlumatların elektronlaşdırılmasında müəyyən uğurlar əldə edilib.

Qanunvericilik ötən dövrdə xeyli təkmilləşdirilib. Ona görə də hansı məlumatlar elektronlaşdırılbsa, həmin məlumatları müvafiq qurumlar elektron qaydada əldə edə bilir. Bu halda vətəndaşdan kağız daşıyıcı tələb olunmur. Və bu proses günbəgün genişlənir”.

Müsahibimiz bəzi qurumların vətəndaşlardan kağız daşıyıcı tələb etməsini belə izah edib:

“Bu həmin qurumlarda xidmətlərin elektronlaşması ilə bağlı zamana ehtiyac olduğunu göstərir.

Bu mənada Respublikası Prezidentinin müvafiq Fərmanı ilə qüvvəyə minən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” ondan xəbər verir ki, elektron sənəd dövriyyəsi yaxın gələcəkdə daha da genişlənəcək və kağız daşıyıcılardan imtina ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin