İtaliyada qəribə hadisə baş verib. Belə ki, 76 yaşlı qadın baş gicəllənməsi və halsızlıq şikayəti ilə xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, hazırda o, 12 həftəlik hamilədir.
Məlumata görə, uşaq iyul ayında dünyaya gələcək. Əgər Atlanta şəhərindən olan 76 yaşlı ahıl qadının hamiləliyi uğurla başa çatsa, o, tarixdə ən yaşlı ana olacaq. Hazırda bu rekord 2019-cu ildə 73 yaşında qeysəriyyə əməliyyatı ilə iki körpə dünyaya gətirən hindli Ərramatti Manganma məxsusdur.
Bəs, qadınlar hansı yaşa qədər hamilə qala bilər?
Suala tanınmış həkim-ginekoloq Təranə Həsənova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, qadın orqanizminin quruluşuna əsasən isti ölkələrdə 11-14 yaş arasında cinsi yetişkənlik başlayır:
MÖVZU İLƏ BAĞLI:
Ana hamiləlikdə siqaret çəkərsə, uşaqda astma YARANA BİLƏR?
“Cinsi yetişkənlikdən sonra reprotuvdik dövr başlayır. 45-55 yaş arasında isə klimaksın gəldiyi dövrdür. Ən son 55 yaşda qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrü başlayır. Tibb elmi belə deyir. Amma mən də uzun illik təcrübəmə əsasən deyə bilərəm ki, 50 yaşdan sonra qadınların yumurtalıqları öz funksiyasını söndürməyə başlayır. Uşaqlıqda menstruasiya dayanandan sonra yumurtalıqlar artıq öz ölçülərini kiçiltməyə başlayır. Deməyim odur ki, praktikada mən ahıl qadının hamilə qalmasını görə bilməmişəm”.
Müsahibimiz onu da qeyd edib ki, son zamanlar sağlamlıq faizi çox aşağı düşüb:
“Sağlam olmayan orqanizmi də təbii ki, yaşlı dövrdə hamilə qalma imkanlarını itirir. Təsadüfi deyil ki, qadınlarda klimaks dövrü də azalır. Azərbaycan reallığında qadınlarda 50-51 yaşda klimaks başlanır. Ona görə də 76 yaşda qadının hamilə qalması xeyli təəccüblüdür.
Qadının 70-75 yaşda hamilə qalması normal fizioloji proses deyil. Amma müasir tibb imkan verir ki, klimaks keçirmiş qadınlarda hormonal müalicə yolu ilə menstruasiya yaradırlar. Bundan sonra hazırlanmış yumurta hüceyrəsini ekstokarparal mayalanma üsulu ilə qadının bədəninə yerləşdirirlər. Belə hallarda yaşlı qadınların hamilə qalma ehtimalı olur.
Bununla belə ahıl qadınların hamilə qalmasını öz təcrübəmdə görməmişəm. Eləcə də apardığımız araşdırmalarda da Azərbaycanda ahıl qadının hamilə qalması qeydə alınmayıb. Ona görə də İtaliyada baş verən olayı izah etmək çox çətindir”.
Surxay Atakişiyev, Bizim.Media