Qaçaq Nəbinin kəndi işğaldan azad olundu

Hazırda oxunan: Qaçaq Nəbinin kəndi işğaldan azad olundu

2310

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq,

Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,

Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik,

Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, 

Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tvitter hesabında paylaşım edib.

Xatırladaq ki, Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur mahalının (indiki Qubadlı rayonun) bu gün işğaldan azad olunan Aşağı Mollu kəndində anadan olub.  Kəndlilərdən ibarət dəstə düzəldib Naxçıvan və Zəngəzur qəzalarında çar rejiminə və zülmkar bəylərə qarşı mübarizə aparıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin