62 yaşlı kişi itinə görə elektron qolbaqda GƏZƏCƏK

Hazırda oxunan: 62 yaşlı kişi itinə görə elektron qolbaqda GƏZƏCƏK

230948

Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.
 

Belə ki, 1963-cü il təvəllüdlü Yahyanın iti qonşusu Azadın arvadına hürüb. Azad isə Yahyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.


Yahya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla isə bədəninə vurub.

Məhkəmənin qərarı ilə Yahya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin