20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanına insan axını davam edir.
Bizim.Media xəbər verir ki, bu gün 20 Yanvar faciəsindən 35 il ötür.
MÖVZU İLƏ BAĞLI:
20 Yanvar faciəsindən 35 il ötür
Azərbaycanlılar şəhid olan vətən övladlarını xatirəsini ehtiramla yad edir, onların məzarlarına gül dəstələri düzürlər.
Ziyarətçilər arasında dövlət rəsmiləri, millət vəkilləri, təşkilatların nümayəndələri, paytaxt və bölgələrdən gələn insanlara rast gəlmək olar.
Dəhşətli faciədən 35 il ötsə də Azərbaycan xalqı faciəni unutmur, hər il uşaqdan böyüyə hər kəs müqəddəs məkana axın edərək onlar qarşısındakı mənəvi borcunu ödəməyə çalışır.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media