İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü

Hazırda oxunan: İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü

230747

İmişli rayonunun Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alanlardan 1 nəfər kritik ağır vəziyyətdə Yeni Klinikaya təxliyə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Mənbə qeyd edib ki, 2015-ci il təvəllüdlü uşağın sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərdə təktərəfli pnevmotoraks aşkarlanıb. Döş qəfəsi balonu yerləşdirilib.

"Sağ təpə sümüyündəki tək tərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilib.

Zəruri bütün tibbi müdaxilələr edilib və Uşaq Reanimasiyası şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir", - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin