Türkiyənin məşhur ilahiyyatçı alimi, professor, doktor Mehmet Azimli hazırda İraqın Samirə şəhərində Xürrəmilər hərəkatının lideri, Azərbaycan qəhrəmanı Babəkin son günləri ilə bağlı elmi araşdırmalar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə AzNews.az-a Mehmet Azimli məlumat verib.
"Bəli, Samirə şəhərində Babəkin edamı ilə bağlı araşdırmalar aparıram. Babəkin edam olunduğu yeri, eyni zamanda başsız bədəninin asıldığı, sonradan "Kəniseyi-Babək" kimi məşhurlaşmış, hazırda isə unudulmuş ərazini müəyyənləşdirməyə çalışıram. Əgər "Kəniseyi-Babək" adlanmış ərazi təsbit olunarsa, arxeoloji qazıntılarla Babəkin sümüklərini üzə çıxarmaq, DNT testlərindən keçirmək də mümkün ola bilər"- deyə məşhur alim bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:16 / 18.01.2025
Türkiyəli alim Babəkin məzarını tapmaq üzrədir - FOTO
Hazırda oxunan: Türkiyəli alim Babəkin məzarını tapmaq üzrədir - FOTO
Hazırda oxunan: Türkiyəli alim Babəkin məzarını tapmaq üzrədir - FOTO
230606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.