Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?

Hazırda oxunan: Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?

230579

"Təyyarədə səfər zamanı şəxslərin meymunçiçəyinə yoluxması ehtimalı sıfıra bərabərdir".

Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ


"Meymunçiçəyi çox yaxın təmas - cinsi yol və ya bir açıq yara ilə digər açıq yaranın təması zamanı yayıla bilər. Bu səbəbdən də meymunçiçəyinə yoluxmuş şəxslə eyni təyyarədə Azərbaycana qayıdan digər şəxslərin yoluxması ehtimalı sıfıra bərabərdir",- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Xəstənin hospitalizasiya edildiyi və xəstəxana şəraitində müalicə aldığı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin