Faktiki hava açıqlandı

Hazırda oxunan: Faktiki hava açıqlandı

230566

Ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 11:00-a olan məlumatında bildirilib.
 

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub.


Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.

Məlumata əsasən, bəzi yerlərdə qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.

Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin