Hökumə Əliyevanın ailəsinə verilən pulun oğurlanması ilə bağlı CİNAYƏT İŞİ açıldı

Hazırda oxunan: Hökumə Əliyevanın ailəsinə verilən pulun oğurlanması ilə bağlı CİNAYƏT İŞİ açıldı

230562

Xəbər verildiyi kimi AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Belə ki, Hökumə Əliyevanın ailəsinin Kapital Bank kartından ümumilikdə 80 507 manat pul çəkilib.

Hadisə ötən gün axşam saatlarında baş verib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapital Bankın əməkdaşı olduğunu deyərək aldadıb.

DİN Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı


Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin