Məhkəmə-Hüquq Şurası arvadını qətlə yetirən hakimlə bağlı qərar verdi

Hazırda oxunan: Məhkəmə-Hüquq Şurası arvadını qətlə yetirən hakimlə bağlı qərar verdi

23052

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Qurumdan verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Baş prokurorun təqdimatına baxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda məhkəmə hakimi arvadını öldürdü


Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib.

Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır.

Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin