"Toplum TV" işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılov saxlanılıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, onunla bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Fərid İsmayılovla birgə otaq yoldaşı olan Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.
Hazırda Fərid İsmayılovla bağlı təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, ötən ilin mart ayının 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb.
Paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Xətai Rayon Məhkəməsində "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
“Toplum" TV işi üzrə istintaq yekunlaşıb. İş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 17.01.2025
"Toplum TV" işi üzrə daha iki nəfər SAXLANILDI
Hazırda oxunan: "Toplum TV" işi üzrə daha iki nəfər SAXLANILDI
Hazırda oxunan: "Toplum TV" işi üzrə daha iki nəfər SAXLANILDI
230494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.