Valideynlərin DİQQƏTİNƏ: Bu hallarda “xodunokdan” istifadə etmək OLMAZ

Hazırda oxunan: Valideynlərin DİQQƏTİNƏ: Bu hallarda “xodunokdan” istifadə etmək OLMAZ

230481

Körpələr iməkləməyə başladıqdan sonra valideynləri onların gəzməyə başlaması üçün “xodunok” adlanan vasitələrdən istifadə etməyə başlayırlar. Ancaq bəzi mütəxəssislər “xodunoku” məsləhət görmürlər. Bəziləri isə deyir ki, uşağı bu vasitəyə vaxtından tez qoymaq olmaz. Çünki bu, uşağın daha gec yeriməsinə və yaxud əzələ-skelet quruluşuna  mənfi təsir edə bilər.

Bəs həqiqətən də “xodunok” zərərlidirmi?

Pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında önəmli məqamları açıqlayıb.

Uşağın fiziki inkişafının normativləri var. Fizioterapevtlər bunu aybaay təyin edir. Məsələn, uşaq 6 ayında sərbəst oturmalı, 7-8 aylığında iməkləməyə başlamalı, 9-10 ayında sərbəst dayanmalı, 1 yaşından isə sərbəst yeriməyə başlaya bilər”.

Pediatr “xodunokun” hansı hallarda istifadə edilməməli olduğunu da qeyd edib:

“Əgər uşaq sərbəst dayana bilmirsə, deməli, onun onurğa sütununda və əzələlərində problem var. Buna görə də belə olduqda uşağı “xodunok”a qoymaq düzgün deyil. Çünki bu vasitə onurğa sütununu və əzələləri zədələyəcək. Amma uşaq normal dayana bilirsə, onda “xodunok”dan istifadə etmək olar”.

Pediatr vurğulayıb ki, bu vasitədən bütün günü istifadə etmək doğru deyil:

“Çünki “xodunok”da uşağın addım atma refleksi yaranır. Biz onu daim orada saxlasaq, “xodunok”dan çıxdıqdan sonra qorxacaq, sərbəst addım ata bilməyəcək”.

Vaqif Qarayev körpəni bu vasitəyə qoymağın tərəfdarı olmasa da, qısamüddətli istifadəni məqbul sayır:

“9-10 aylıqda uşağı az müddətdə “xodunok”a qoymaq olar. Ancaq bir şərtlə ki, o, travma almasın, əli çatan əşyalarla özünü zədələməsin”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin