Hazırda Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, sıxlıq müşahidə edilən küçələrdə ictimai nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər var.
Mövcud vəziyyətlə əlaqədar sürücülərə ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməmələri, daha çox ictimai nəqliyyata üstünlük verilmələri tövsiyə olunur.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən “Formula 1″lə bağlı sürücülərə MÜRACİƏT
Sıxlıq müşahidə olunan küçə və prospektlər:
Ziya Bünyadov prospekti hər iki istiqamət
Heydər Əliyev prospekti (ASK arenanın qarşısından başlayaraq kənar yol şəhər istiqamətində)
Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində
Abbasqulu ağa Bakıxanov küçəsi
28 May küçəsi
Koroğlu Rəhimov küçəsi hər iki istiqamətdə
Abdulvahab Salamzadə küçəsi hər iki istiqamətdə
Qələbə dairəsi və dairə ətrafında
Tbilisi prospekti 20 Yanvar dairəsi istiqamətində
Moskva prospekti şəhər istiqamətində
Bizim.Media