2021-ci il mayın 31-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Qurumdan verilən məlumata görə, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin, ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, hazırda ümumölkə statuslu mövcud 11 televiziya kanalından 2-si idman, 2-si xəbər, 1-i mədəniyyət və qalan 6-ı isə ümumi janrlıdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 4 telekanal bağlandı - SON DƏQİQƏ
Geniş müzakirələrdən sonra Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.
İclasda, həmçinin, Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının "TRT-1" televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul edilib.
Bizim.Media