Bakıda 6 kiloqramlıq körpə doğuldu – FOTO

Hazırda oxunan: Bakıda 6 kiloqramlıq körpə doğuldu – FOTO

230392

Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.  

Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib. 

“Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur. 

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin