Tələbələr üçün praktika daha önəmlidir, yoxsa nəzəriyyə?

Hazırda oxunan: Tələbələr üçün praktika daha önəmlidir, yoxsa nəzəriyyə?

230318

Bildiyimiz kimi, ali və orta təhsil müəssisələrində payız və yaz imtahan sessiyaları keçirilir. Bu imtahanlar adətən yanvar və iyun aylarında başladığı üçün hazırda da imtahan sessiyasıdır.

İmtahanlar vasitəsilə tələbələrin semestr boyunca öyrəndikləri biliklər yoxlanılır müvafiq olaraq qiymətləndirilir. Ancaq imtahandakı suallar daha çox nəzəri cəhətdən olduğu üçün tələbənin öyrəndiklərini praktikaya necə tətbiq etdiyi yoxlanılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu universitetlərə 27 milyon manat AYRILDI


Ümumiyyətlə, ali və orta təhsil müəssiələrdə praktik bacarıqların mənimsənilməsinə o qədər də üstünlük verilmir. Bu məsələ mütəxəssislər tərəfindən də dəfələrlə müzakirə edilib. Çünki nəzəriyyəsiz praktika, praktikasız nəzəriyyə heç də uğurlu sayılmır.

Düzdür, tələbələr 4-cü kursda praktikaya göndərilsə də, bu müddət o qədər də kifayət deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi məsələyə öz münasibətini bildirib.

“Bəzi laboratoriya istiqamətli ixtisaslar var ki, orada nəzəriyyə ilə yanaşı, praktika da vacib hesab olunur və düşünürəm ki, tələbələrə praktika daha vacibdir. Yəni, tələbənin semestr ərzində keçdiklərini praktiki cəhətdən tətbiq etməsi yoxlanılsa, daha məqsədəuyğun ola bilər.

Təbii ki, nəzəriyyədəki bəzi məqamlar yoxlanılmalıdır. Amma ümumi olaraq isə praktika daha önəmlidir”.

Elçin Əfəndi imtahan qaydalarında müəyyən dəyişikliklərin olmasının tərəfdarıdır:

“Bolonya sisteminə keçməyimizə baxmayaraq, bilet çəkmək, biletdəki sualları cavablamaq kimi köhnə ənənələrə davam edirik. Sualları azaltmaq lazımdır ki, tələbə öyrəndiklərini praktik cəhətdən həyata keçirsin. Bunun sayəsində o ixtisasını daha yaxşı mənimsəyər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin