Goranboyda qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarıldı

Hazırda oxunan: Goranboyda qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarıldı

230308

Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.

Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıb.

Oğlan və qız hər iki şəxs polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib.

İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün yetkinlik yaşına çatmayan qız ailəsinə verildiyi barədə bildirilib, hazırda istintaq bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin