“Bizim nəsildə heç kim işləmir” deyən ər arvadını dilənçiliyə MƏCBUR etdi

Hazırda oxunan: “Bizim nəsildə heç kim işləmir” deyən ər arvadını dilənçiliyə MƏCBUR etdi

230298

Həyat yoldaşının şiddətinə dözə bilməyən qadın sığınacağa yerləşdirilib.

Bizim.Media xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, iki övladı ilə sığınacağa yerləşdirilən qadın həyat yoldaşı tərəfindən dilənçiliyə məcbur edilib:

“Həyat yoldaşı qadından tələb edib ki, insanlardan pul toplayıb evə gətirsin. Qadın artıq buna dözə bilmədiyini bildirib. O, qeyd edib ki, həyat yoldaşına dəfələrlə işləməsini tövsiyə etsə də, yoldaşı “bizim nəsildə heç kim işləmir” deyərək evin dolanışığını təmin etmə məsuliyyətindən qaçıb. Bu səbəbdən qadın, insanlardan yardım istəyərək övladlarına və ailəsinə baxmaq məcburiyyətində qalıb. Nəticədə, çıxış yolunu polisə müraciət etməkdə görüb. Polis, ana və övladlarını qida ilə təmin etdikdən sonra onları sığınacağımıza yerləşdirib”.

Mehriban Zeynalova onu da vurğulayıb ki, qadın oxuma-yazma bilmir. Üstəlik qeyri-rəsmi nikahda olduğu şəxs uşaqlarına atalıq hüququ da tanımayıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin