Ötən il metroda stansiya yoluna düşən 2 nəfər HƏYATINI İTİRİB

Hazırda oxunan: Ötən il metroda stansiya yoluna düşən 2 nəfər HƏYATINI İTİRİB

230293

2024-cü ildə metroda qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb. Nəticədə 2 sərnişin vəfat edib, 1 nəfər ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, il ərzində 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.

İl ərzində 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib. Ümumilikdə 374 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq edilir

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin