Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.
İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib:
"Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orada dedi ki, hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat idi. Onun 30 min manatı bizə çatmalı idi. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət etdilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələndikdən sonra həmin biznesi mən davam etdirdim".
Daha sonra Talehin istintaqda verdiyi ilkin ifadəsi elan olunub.
Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarılıb.
Təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verib.
Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səbuhi Həziyevin və anası Lətafət Məmmədovanın məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib. Hakim müşavirə edərək vəsatətin qəbul olunması barədə qərar verib.
Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 16.01.2025
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Hazırda oxunan: Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Hazırda oxunan: Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
230264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.