Türkiyə kəşfiyyatı İraqda xüsusilə təhlükəli terrorçunu məhv etdi

Hazırda oxunan: Türkiyə kəşfiyyatı İraqda xüsusilə təhlükəli terrorçunu məhv etdi

230145

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda İslam Dotkanlını və onun mühafizəçisi "Akem Şahe" kimi tanınan Şivan Çiyanı zərərsizləşdirib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT İraqdakı kəşfiyyat şəbəkəsindən istifadə edərək Dotkanlı və Çiyanın Penjevin bölgəsində fəaliyyət göstərdiyini müəyyən edib.
 

Onların yeri təsdiqləndikdən sonra ciddi hazırlıq görülüb və lazım olan anda MİT terrorçuların zərərsizləşdirilməsi ilə nəticələnən məqsədyönlü əməliyyat keçirib.


Şərqi Kürdüstan Müdafiə Birliklərinin (YRK) qurucusu İslam Dotkanlı və onun mühafizəçisi Şivan Çiyanın bir müddətdir İran və Hakkaridə fəaliyyət göstərdiyi məlum olub.

Türkiyə təhlükəsizlik qüvvələrinin sərhəddə PKK-ya qarşı keçirdiyi əməliyyat zamanı Dotkanlının İraqa qaçdığı və terror təşkilatının rəhbərliyi tərəfindən Süleymaniyyəyə göndərildiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin