Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU – FOTO

Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU – FOTO

230112

“Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub. Əməliyyatı uğurla icra olunan Nəriman Həsənzadənin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.

Bu barədə Bizim.Media-ya Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Nəriman Həsənzadə xəstəxanaya YERLƏŞDİRİLDİ


O bildirib ki, sevimli şair, 93 yaşlı dramaturq 12 yanvar axşam saatlarında Bakı Sağlamlıq Mərkəzinə müraciət edib:

“Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib”.

Qeyd edək ki, şair, dramaturq Nəriman Həsənzadə 1931-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. O, 1954-cü ildən bəri Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Nəriman Həsənzadə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülüb. Görkəmli şair "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin