Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.
Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, bununla bağlı artıq gəlib evləri ölçüblər.
Bəs proses necə həyata keçiriləcək?
Vətəndaşların sözlərinə görə, hələ ki gəlib evlərə, əraziyə baxış keçirirlər, puldan, kompensasiyadan danışan yoxdur. Sakinlər bildirir ki, ilkin olaraq 18 evin sökülməsi nəzərdə tutulub.
Məsələ üzrə əmlak eksperti Elnur Fərzəliyev deyib ki, əmlak dövlət ehtiyacı üçün alınan zaman vətəndaşların torpaqları bazar qiymətinə uyğun olaraq dəyərləndirilməlidir.
Əgər həmin qiymət sakinləri təmin etməsə, bu zaman tərəflər arasında razılaşma necə olmalıdır?
Bu zaman vətəndaşlara 20 faiz artıq kompensasiya verilərək həmin ərazilərdən köçürülür. Əgər vətəndaş yenə də razı olmazsa, vətəndaş əmlakını özü qiymətləndirərək məhkəməyə müraciət edə bilər.
AYDA-dan bildirildi ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 15.01.2025
Keşlə bazarının yanındakı evlər də SÖKÜLƏCƏK - Kompensasiya nə qədər olacaq?
Hazırda oxunan: Keşlə bazarının yanındakı evlər də SÖKÜLƏCƏK - Kompensasiya nə qədər olacaq?
Hazırda oxunan: Keşlə bazarının yanındakı evlər də SÖKÜLƏCƏK - Kompensasiya nə qədər olacaq?
230103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.