Moldovada saxlanılan vətəndaşımız Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Moldovada saxlanılan vətəndaşımız Azərbaycana GƏTİRİLDİ

230067

Baş Prokurorluğun vəsatəti əsasında Moldovanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Həsənov Emin Nazim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib.

Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Emin Həsənov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin