Azərbaycanda qrip əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda qrip əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI

230064

Azərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
 

Qeyd olunub ki, ötən ilin sentyabr ayından başlanılan qrip əleyhinə vaksiyanasiya prosesindən bu ilin yanvar ayının 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub.


Peyvənd olunanlardan 4 min 431 nəfər 0-17 yaş aralığı, 29 min 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir.

Qeyd edək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

Vaksinasiya prosesində Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin