Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR

Hazırda oxunan: Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR

230000

Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi rəhbərlikdən şikayətçidir.

Mərkəzin Dezinfeksiya bölməsinin müdiri Yaqut Abdullayeva Bizim.Media-ya 20 ilə yaxındır çalışdığı müəssisədə onun adından saxta sənədlərə imza atıldığını deyib.

Şikayətçi rəhbərliyi qanunsuzluqda ittiham edir:
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi BAĞLANDI – FOTO/VİDEO

 

“Adımdan Baş İdarəyə saxta hesabatlar verilir, idarə də o hesabatları Səhiyyə Nazirliyinə göndərir. Nazirliyin özünə bununla bağlı şikayət eləmişəm, lakin nəticə olmur. Məcbur edirlər ki, mən saxta sənədlərə imza atım. Onu etmədiyim üçün nizam-intizamı pozmaqla bağlı töhmət verirlər. Dövlət əleyhinə olan heç bir sənədə imza atmıram. Əmək funksiyalarım pozulur”.

O, əlində saxta sənədlərin olduğunu iddia edir:

“Bu sənədlər infeksion xəstəliklərin gedişatı haqqındadır. Mənim iştirakım olmadan bunlar icra olunub, amma sənədlər mənim adımdan göndərilib. Biz məktəblərə, bağçalara, fərdi evlərə də dezinfeksiya işləri ilə bağlı gedirik. Olmayan işlərin hesabatını mən dövlətə necə verim? Bizim işimiz dezinfeksiyadır, həmin işdə iştirak etmədiyimiz halda necə yalandan iştirak etdiyimizi yaza bilərik?! Getmirik, bəs dərmanlar hara gedir? Bunlar qanuni şəkildə oğrudurlar”.

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Xalidə Hüseynova ilə əlaqə saxladıq.


O, Bizim.Media-ya açıqlamasında bütün bunların iftira olduğunu bildirib:

“Mən bir ildir təyin olunmuşam, bura təyin olunanda mənə məhz bu xanımla dil tapa biləcəyimi soruşmuşdular. 25 ildir əvvəl həkim, bir ildir də rəhbər vəzifəsindəyəm. Bu xanımı hamı iftira atmasına görə tanıyır. Heç bir sənədə mən onun adından qol çəkməmişəm. O, bütün qurumlara müraciət edib və mən özüm yoxlama təşkil etmişəm ki, burda heç bir yeyinti etməmişəm, saxta sənədə imza atmamışam. Yoxlama gəldi və nə qədər problem vardısa, xanımın öz bölməsindən çıxdı”.

O bildirib ki, şikayətçi Yaqut Abdullayeva 11 dəfə anbara müraciət edib, dərmanlar alıb:

“Ola bilər ki, ocaqlara gedib, dezinfeksiya işləri aparıb, amma bununla bağlı heç bir akt və jurnallarda qeydiyyat aparılmayıb. Yoxlamanı Baş İdarə apardı, aşkarlanan nöqsanlarla bağlı ona töhmət verildi. İl ərzində bütün sənədləşmə səhvdir, 11 yerə getmək üçün dərmanlar götürülüb və həmin dərmanların hara işlənməsi barəsində heç bir məlumat yox idi. O, sadəcə qarşı tərəfi gözdən salmağa çalışır.

Baş Prokurorluğa şikayət edib ki, guya mən tibbi maskalarla bağlı yeyinti edirəm, amma yoxlama gəldi ki, hər şey yerindədir. Olmayıb ki, mən onun hansısa iştirak etmədiyi prosesdə onun iştirak etdiyini yazım. İftira atır ki, mən işçilərə deyirəm ki, onunla danışmayın. Əksinə mən işçilərə tapşırıram ki, siz onunla mehriban olun, danışın”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin