Xanım müstəntiq Xankəndiyə TƏYİNAT ALDI

Hazırda oxunan: Xanım müstəntiq Xankəndiyə TƏYİNAT ALDI

229979

Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər veri ki, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb.

Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:

“Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”.

Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin