Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində sakinin evinin qarşısına dayanacaq nişanı quraşdırılıb.
Bizim.Media xəbər veri ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb.
Hüseynbala Əliyev küçəsində, darvazanın düz qarşısında belə bir nişanın qaz borusuna birləşdirilməsi sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Dayanacaq nişanı varsa, həmin yerdə avtobus gözləyənlərin yağışlı, günəşli, küləkli havalarda dayanması üçün pavilyonun quraşdırılmalı olduğunu hesab edənlər də olub.
Bəs sakinin düz evinin qarşısında dayanacaq nişanının, eləcə də pavilyonunun quraşdırılması nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı ”oxu.az” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, infrastrukturun və yaşayışın sıx olduğu ərazilərdə sərnişin axını və tələbat nəzərə alınaraq, bu formada dayanacaq yerinin təyin edilməsində hər hansı bir məhdudiyyət yoxdur:
"Lakin sakinləri narahat edən məsələ varsa, nişanın yeri dəyişdirilə bilər. Bunun üçün əraziyə baxış keçiriləcək".
Agentlikdən, həmçinin qeyd edilib ki, Bakı şəhərinin bir çox hissəsində avtobus dayanacaq məntəqələrinin yerlərinin müəyyən edilməsi üçün mütəmadi olaraq təhlillər aparılır:
"Mövcud səki infrastrukturu nəzərə alınaraq, ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Pirşağı qəsəbəsinin sözügedən ərazisində də dayanacaq məntəqəsi müəyyən edilib. Səki infrastrukturu isə pavilyonun quraşdırılması üçün əlverişli deyil".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 14.01.2025
Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular
Hazırda oxunan: Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular
Hazırda oxunan: Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular
229946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.